ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək istədiyini bildirib.
APA-nın xəbərinə görə, Tramp deyib ki, əgər hər şey ondan asılı olsaydı, neft üzərində nəzarəti saxlamaq istərdi.
“Əgər hər şey məndən asılı olsaydı, neft üzərində nəzarəti saxlamaq istərdim. Sadəcə ABŞ xalqının bunu düzgün anlayacağını düşünmürəm. Təəssüf ki, amerikalılar bizim evə qayıtmağımızı istəyirlər”, - Tramp qeyd edib.
Tramp İranda "rejim dəyişikliyi" olduğunu bir daha iddia edib. Onun sözlərinə görə, "İranda yeni rejim əvvəlkilərdən daha ağıllıdır".

Şərhlər
Əgər bu dəfə də sərsəmləmirsə və İrandan çəkilirsə bu Trampın sonunun başlanğıcı ola bilər. Həmçinin İranın bölgədə çəkisi çox yüksələcək, yaxın şərqdə əsas söz sahibinə çevriləcək. Hörmüz boğazındakı heğemonluğu artacaq. Ərəb ölkələrinin qara günü başlayacaq..