Menu

“ABŞ qüvvələri İran limanlarına giriş-çıxışı bloklayacaq” - CENTCOM

13.04.2026, 16:25
“ABŞ qüvvələri  İran limanlarına giriş-çıxışı bloklayacaq” - CENTCOM

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayaraq bildirib ki, bazar ertəsi Tehran vaxtı ilə saat 17:30-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatı bloklanacaq.

CENTCOM-un məlumatına görə, blokada İranın Fars körfəzi və Oman körfəzində yerləşən limanları da daxil olmaqla, bütün sahil ərazilərinə şamil ediləcək və İran limanlarına gedən və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq olunacaq.

Eyni zamanda qeyd olunub ki, ABŞ qüvvələri Hörmüz boğazından İran xaricindəki limanlara hərəkət edən gəmilərin naviqasiya azadlığına mane olmayacaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol