Menu

Putinin dəvəti müzakirə edilir

02.01.2015, 20:32
Putinin dəvəti müzakirə edilir

Suriya müxalifətinin liderləri bu gün İstanbulda Rusiyanın dəvətini müzakirə edəcəklər.

ANS PRESS-in məlumatına görə, Rusiya Suriya müxalifətinin 28 liderini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib. Onlar arasında Suriya Milli Koalisiyasının lideri Hadi al-Bahra, koalisiyanın iki keçmiş lideri əl-Xatib və Sida da var.

Moskvada keçirilən görüşün yanvarın sonlarında keçiriləcəyi gözlənilir.

Dəvətlilər arasında olan Suriya prezidenti Bəşər Əsəd höküməti ilkin danışıqlarda iştirak edəcəyini açıqlayıb.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 200 min adam ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol