Türkiyə baş nazirinin müavini Bülənt Arınç siyasətdən getdiyini açıqlayıb. Musavat.com-un məlumtına görə, Arınç növbəti parlament seçkilərində yerini gənclərə verəcəyini bildirib.
Arınç 40 ildir siyasətlə məşğul olduğunu qeyd edərək deyib: “Beş müddətdir parlamentdə millət vəkiliyəm. Cəmi 6 ayım qalıb. Allah ömr versə 6 aydan sonra yerimi gənclərə verərək gedəcəyəm".
Baş nazirin müavini deyib: "Bizə bu qədər yetər, qardaşlarım. Bir az özümə gəlim, bir az istirahət edim, siyasətə kənardan töhfə verməyə çalışacağam ".


Şərhlər