"Ukrayna hansısa anda atəşkəs imzalayacaq; ümid edirik ki, hansısa anda Rusiya ilə sülh müqaviləsi də imzalayacaq. O zaman Ukrayna ərazisinin bir hissəsi Ukrayna ərazisi olmaqdan çıxa bilər".
“AzPolitika” xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Marsberqdəki çıxışında deyib və Ukraynanın ərazi güzəştlərini ölkənin Aİ üzvlüyü perspektivləri ilə əlaqələndirib. O, Aİ-yə qoşulması üçün Ukraynanın Rusiyaya ərazi güzəştinə getməli olacağına eyham vurub.
"Əgər Prezident Volodimir Zelenski bunu öz xalqına çatdırmaq və əksəriyyətin dəstəyini qazanmaq istəyirsə və bu məsələ ilə bağlı referendum keçirməlidirsə, o zaman eyni zamanda xalqa deməlidir: "Mən sizin üçün Avropaya yol açdım"”, - Merts əlavə edib.
Qeyd edək ki, Ukrayna hazırda Aİ namizədi statusuna malikdir.
Merts Ukraynanın Rusiya ilə müharibə vəziyyətində Aİ-yə qoşula bilməyəcəyini və əvvəlcə qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə də daxil olmaqla, Aİ üzv dövlətləri üçün müəyyən şərtlərə və tələblərə cavab verməli olduğunu bildirib: "Zelenskinin 1 yanvar 2027-ci ildə Aİ-yə qoşulmaq fikri var idi. Bu, işə yaramayacaq. Hətta 1 yanvar 2028-ci il üçün belə bu, qeyri-realdır".
“AzPolitika.info”

Şərhlər