Pensilvaniyada tək pencəyi ilə yaşadığını iddia edən “Gülən camaatı”nın lideri Fətullah Gülənin təzminat davaları üçün xərclədiyi pullar açıqlanıb. Axar.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Gülən 202 təzminat davası üçün düz 984 min 952 lirə (təxminən, 300 min manat) ödəyib. Gülən haqqındakı xəbərlərə görə 2013-cü il yanvarın 1-dən bu yana 202 təzminat davası açıb.
Ortalama 100 min lirəlik təzminat davası açıldığını düşünsək, Gülən 202 təzminat davası üçün 378 min 952 lirə pul xərcləyib. (100 min lirəlik hər təzminat davası üçün lazım olan pul 1876 lirədir). Ayrıca Gülən xarici ölkədə yaşadığı üçün hər təzminat davasına görə 3 min lirə təminat göstərməlidir.
Bu miqdar da əlavə edilsə, Gülənin sadəcə təzminat davaları üçün xərclədiyi pul 984 min 952 lirəyə çıxır. Özü və camaatı haqqında hər tənqidə görə məhkəməyə müraciət etməyə alışan Gülən 2013-cü il yanvarın 1-dən bu yana təzminat iddialarından əlavə 179 ədəd də cəza iddiası qaldırıb. Cəza iddialarının 81-i hələ də açıqdır. Gülən bu müddətdə 1077 nəfər haqqında cinayət işi açdırıb. Xatırladaq ki, Fətullah Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya əyalətində yaşayır.


Şərhlər