Ağcabədi rayonunda ailə münaqişəsi zəminində ər arvadını öldürüb.

Hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Ağdam rayonu Mərzili kənd sakini Ayaz Amanxan oğlu Səlimov aliə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən ölüb.

A.Səlimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.