Menu

Leninin daha bir heykəli uçuruldu

03.01.2015, 13:22
Leninin daha bir heykəli uçuruldu

Odessanın Krasnıye Okna vilayətində Vladimir Leninin heykəli sökülüb. Yerə düşəndə heykəl bir neçə hissəyə parçalanıb."Trend" Lenta.ru-ya istinadan xəbər verir ki, Odessanın "Svoboda" hərəkatının sosial şəbəkələrində yayılan məlumata əsasən, nasionalistlər belə Stepan Banderanın ad gününü qeyd ediblər (yanvarın 1 onun 106 yaşı tamam olacağdı).

Bu, Leninin regionda sökülən ilk heykəli deyil. Bundan əvvəl heykəllər Odessanın özündə, Bolqrad, Beryozovka şəhərində və Kirniçki kəndində sökülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol