Menu

İran ABŞ gəmisini vurub -İDDİA

04.05.2026, 14:47
İran ABŞ gəmisini vurub -İDDİA

İranın ABŞ-yə məxsus hərbi gəmiyə hücum etdiyi iddia olunur.

Məlumata görə, hadisə Hörmüz boğazı ətrafında baş verib. 

İran KİV-lərinin yazdığına görə,  ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmi onların xəbərdarlıqlarına baxmayaraq bölgədən keçməyə cəhd edib. Nəticədə gəmi raket zərbəsinə məruz qalıb və iki raketin hədəfə dəydiyi qeyd olunur.

İddialara əsasən, zərbədən sonra gəmi geri çəkilməyə məcbur qalıb.

Xatırladaq ki, İran daha əvvəl də ABŞ hərbçilərinin Hörmüz boğazına yaxınlaşacağı halda hücum ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol