Bakıda quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydaları açıqlanıb.
Bu barədə "AzPolitika"ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Yeni işıqforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.
İşıqforlarda aşağı siqnal və hər üç yuxarı siqnal yanırsa, düzünə, sola və sağa hərəkətə icazə verilir.
Aşağı, düzünə və sol işıqları yanırsa, düzünə və sola, düzünə və sağ işıqları yanırsa, düzünə və sağa hərəhətə icazə verilir.
Aşağı və sol işıqları yanırsa, sola, aşağı və düzünə işıqları yanırsa, düzünə, aşağı və sağa işıqları yanırsa, sağa hərəkətə icazə verilir.
Aşağı işığının sönülü olduğu hal isə hərəkəti qadağan edir.


Şərhlər