Menu

İngiltərədən ayrılıq xəbərdarlığı

05.01.2015, 09:16
İngiltərədən ayrılıq xəbərdarlığı

Almaniyanın Baş naziri Angela Merkelin bu həftə İngiltərənin paytaxtı Londona edəcəyi rəsmi səfərdən öncə, İngiltərənin Baş naziri David Cameron “Daily Mail” qəzetinə müsahibə verib.

O, İngiltərənin “qırmızı xətt” olaraq təyin etdiyi müəyyən siyasətlər üzərində daha çox nəzarət əldə etməməsi halında ölkədə 2017-ci ildə referendum keçirməkdə qərarlı olduğunu söyləyib.

Avropa Birliyi (AB) içərisində islahatların aparılmasına ehtiyac olduğunu vurğulayan Cameron, “Britanya üçün istədiyim şey Avropa Birliyində islahatların reallaşdırılması və bizim üçün daha yaxşı bir hala gəlməsidir. Bunlardan sonra Avropa Birliyində qalmamızı tövsiyə edə bilərəm. Çünki bizim o ticarət əlaqələrinə, açıq bazara ehtiyacımız var. Bu, Britaniya üçün faydalıdır” deyə bildirib.

David Cameron, ölkədə 2015-ci ildə keçiriləcək ümumi seçkidə partiyasının qazanması halında AB ilə əlaqələr barədə Brüksel ilə yenidən müzakirələr aparmaq istəyir. Cameron, AB içərisində sərbəst səyahətə məhdudlaşdırma gətirilməsinin lazım olduğunu müdafiə edir. AB-nin liderləri isə bunun AB-nin təməl qanunlarına zidd olduğunu bildirirlər. Cameron, müzakirələrin sonunda isə ən gec 2017-ci ilin sonuna qədər ölkəsinin 1973-cü ildən bu yana davam etdirdiyi AB üzvlüyünü referenduma çıxartmaq istəyir. Seçki tarixi yaxınlaşdıqca Cameronun ifadələrini daha da artıracağı gözlənilir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol