Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya gəlib. Onun bu səfəri çoxları üçün gözlənilməz olub. 

“AzPolitika” xəbər verir ki, Almaniyanın NTV televiziya kanalının jurnalisti Rayner Munz onu Moskvada gördüyünü bildirib. Lakin jurnalist Şröderin səfərinin məqsədini müəyyən edə bilməyib.

Media hesab edir ki, Şröderin gəlişi 3 iyunda başlayacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirakla bağlı ola bilər. Lakin digər versiyalar da var.

Belə ki, keçmiş kanslerin Ukraynadakı münaqişənin həllilə bağlı Avropanın adından Kremllə danışıqlar aparacağını düşünənlər var. Çünki bundan öncə Vladimir Putin məhz Şröderi Moskva ilə Aİ arasında danışıqlarda vasitəçilik etməyə ən real namizəd hesab etmişdi. Lakin Almaniya Moskvanın ciddi danışıqlarda maraqlı olduğuna dair heç bir dəlil görmədiyini bildirərək bu təklifi rədd etmişdi.

Almaniya kansleri Fridrix Merz həmçinin demişdi ki, Avropanın maraqlarını beynəlxalq səhnədə kimin təmsil edəcəyinə Putin yox, Avropa özü qərar verməlidir.

“AzPolitika.info”