Menu

Bakı Metropolitenində yeni təyinat olub - FOTO

02.06.2026, 17:07
Bakı Metropolitenində yeni təyinat olub - FOTO

Bakı Metropoliteni QSC-də Xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsinə təyinat olub.

"AzPolitika" Valyuta.az-a istinadən xəbər verir ki, bu vəzifə Fərid Ələsgərova həvalə edilib.

F.Ələsgərov bundan əvvəl “Azeurotel” şirkətində Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri - Baş mühasib vəzifəsində çalışıb. O, həmçinin “Baktelecom” MMC-də müxtəlif dövrlərdə mühasib və aparıcı mühasib kimi fəaliyyət göstərib.

2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb. O, ingilis, rus və türk dillərini bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol