Fələstin muxtariyyətının rəhbəri Mahmud Abbas fələstin ərazilərinin işğalına son qoyulmasını və fələstin dövlətinin tanınmasını tələb edən yeni qətnaməni BMT-nin Təhlükəsizlik Şurasına təqdim etmək niyyətindədir.
Fələstin muxtariyyəti rəhbərinin eyni məzmunda bundan əvvəlki müraciətini BMT TŞ-sı ötən həftə rədd edib, lakin yanvarın 1-dən bu qurumun tərkibində dəyişiklik baş verib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin muxtariyyətı qətnaməni BMT TŞ-a sənədin bəyənilməsinə kimi ardıcıl olaraq təqdim etmək əzmindədir.
Ekspertlərin fikrincə, BMT TŞ-nın veto hüquqlu daimi üzvü kimi ABŞ bu təşəbbüsü bolklamaqda davam edəcək.
Fələstin hakimiyyəti bundan əvvəl Beynəlxalq Cinayətlər Məhkəməsinə üzvlük ərizəsilə müraciət edib.
ABŞ və İsrail Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü deyillər.


Şərhlər