"Əgər insanlar axmaq kimi davransa, bütün ölkənin bütün infrastrukturunu məhv etməli olacağıq. Və mən bunun yaxşı bir şey olduğunu düşünmürəm, çünki o zaman kimsə onu yenidən qurmalı olacaq".

"AzPolitika" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "ABC News"a verdiyi müsahibədə deyib.

Amerika lideri həmçinin qeyd edib ki, İranın infrastrukturunun - körpülərin, binaların və elektrik stansiyalarının bərpası təxminən bir trilyon dollara başa gələcək. O, ABŞ-nin maliyyələşdirməyə töhfə verəcəyini ehtimal edib.

Ağ Ev rəhbəri həmçinin bunun İran üçün Marşal Planına (ABŞ-nin İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələrinə yardımı) bənzəyib-bənzəməyəcəyi sualına müsbət cavab verib. "Amma biz onların neftinin yarısını alacağıq", - deyə Tramp əlavə edib.

Müsahibədə Amerika lideri həmçinin bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının bərpası baha başa gələcək və Hörmüz boğazının daha uzun aylar bağlanmasına səbəb olacaq. ABŞ prezidenti dəqiq kimi nəzərdə tutduğunu açıqlamadan deyib: "Ən yaxşı dostlarımdan bəziləri yenidən bombalamağa başlamağımı istəyirlər, amma onlar bunu başa düşmürlər".

"AzPolitika.info"