Ukrayna PUA-ları Rusiyanın xüsusilə də cənub ərazilərindəki aeroportlarına əsl kollaps yaşatmaqda davam edir. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediası və “Telegram” kanalları Soçi şəhərindəki aeroportun iflic olduğu barədə məlumat yayıb.

Soçidən Novosibirskə uçmalı olan reys bir gün yarımdan çoxdur ki, təxirə salınıb. Uçuş vaxtı dörd dəfə dəyişdirilib. Sərnişinlərə yalnız bir neçə saatlıq otel verilib. Bəzi uşaqlı ailələr gecəni çöldə keçiriblər.

Bu arada, hava limanında vəziyyət son dərəcə gərgin olaraq qalır. Onlayn uçuş lövhəsinə görə, 100-dən çox uçuş təxirə salınıb, bəziləri tamamilə ləğv edilib.

“AzPolitika.info”