Tahirə Allahyarova,
Milli Təhlükəsizlik və Hərbi-Humanitar elmlər üzrə professor
Mediaimperiyanın satılması və ölkəmizə qarşı sonun başlanğıcı
“Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq informasiya hücumuna, şər-böhtana məruz qalır.Təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında biz erməni lobbisinin uzun qulaqlarını görürük. Yəni, yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilib.Onlar başqa adlar altında gizlənirl, pərdələnirlər, amma biz bilirik, bu hansı mənbədən qaynaqlanır və biz buna hazır olmalıyıq.”[1]
Prezident İlham Əliyev
CNN-dəki təxribatçı məqalə
CNN (Cable News Network) mediaya daxil olan “CNN İnternational” 05.06.2026-cı il tarixində Azərbaycanda İsrail qoşunlarının məxfi bazaları ilə bağlı “eksklusiv” rubrikalı məqalə yayıb. Məqalənin adında: “Mənbələr bildirir ki,”yazılsa da mətndə heç bir mənbə göstərilməyib.
Mesajlar: “İranla müharibə zamanı İsrail Azərbaycana məxfi əməliyyatlar çərçivəsində qoşun göndərib.Məxfi bazalarda Mossad agentləri, xüsusi təyinatlı qüvvələr(XTQ), elit paraşütçülər, kəşfiyyat/dron heyətləri əməliyyatlar həyata keçirib. “İslam İnqilab Keçikçilər Korpusunun”(İİKK) kəşfiyyat bölməsinin rəisi Rahman Moghaddamın öldürülməsi zamanı Azərbaycan ərazisindən istifadə edilib. Analoji bazalar İranı mühasirəyə almaq üçün: İraq, BƏƏ və Somaliləndə də yaradılıb”-kimi olub.[2]
Məqalə CNN-in “FB”səhifəsində -eyni gündə(5 iyun) ardıcıl 3 dəfə tirajlanıb, 2 dəfə məqalə kimi, 3-cü dəfə-Azərbaycanın təkzibindən sonra- CNN-in Qüds bürösünün rəhbəri, amerikalı jurnalist və pilot Oren Lieberman tərəfindən video-shorts kimi “pinn-sancaq” edilərək yerləşdirilib, 3000-ə yaxın bəyən,700 şərh yazılıb.[3]
Ölkəmiz tərəfindən rəsmən təkzib edilməsi,mənbələrin göstərilməsi və üzr istənilməsi tələb edilən saxta məqalə “CNN İnternational” saytından hələ silinməyib.
“Bu kimin üçün maraqlıdır?(Qui prodest)-məntiqi ilə “niyə CNN,nədən məhz indi,nə üçün Azərbaycan?”və s. suallar ətrafında şərhlər verilsə də, CNN daxilində nə baş verir,məqalə müəllifləri kimdir?”-və s.-suallar kölgədə qalıb.
Regionda və dünyada gedən təhlükəli savaşlar fonunda ölkəmizin niyə hədəfə gətirilməsinə cavab vermək üçün bu məqamların da aydınlaşdırılması, hazırkı və gələcək informasiya/nüfuz əməliyyatlarında erməni faktorunun da nəzərə alınması baxımından əhəmiyyətlidir.
“CNN effekti” iimicindən- saxta xəbər ünvanına gətirən yol
Soyuq müharibə illərində media və geosiyasi leksikona “CNN effekti” ifadəsini gətirən mediaimperiya son onilliklərdə obyektivlik imicini itirmiş, qalmaqallarla nüfuzdan düşmüş quruma çevrilib.[4]
"CNN effekti"-bu kanalın 24/7 real vaxt rejimində qlobal xəbər yayımının ölkələrin və siyasətçilərin reaksiya verməsinə birbaşa təzyiq göstərməsini ifadə edən anlayış yaranmışdı.
Səbəblər çoxşaxəli, qlobal fact check qurumlarının qeyd etdiyi kimidir: medianın xəbər missiyasını siyasiləşdirmək, baş verənləri olduğu kimi deyil, siyasiləşdirməklə təqdim etmək, xəbər əvəzinə redaksiya məqalələri dərc etmək, tərəfli rəy yaratmaq, liberal ideoloji ifrat solçuluq ideologiyasına meyillənmək,saxta xəbərlər, konspiroloji reportajlar, Qərb xüsusi xidmət qurumları ilə işbirliyi,sifarişlə qərəzli və böhtan məzmun dərc etmək,lobbiçilik xidmətləri göstərmək və sairdir.
Misal: CNN on ildən çoxdur ki, ifrat solçu ideoloji redaksiya siyasətinə görə D.Trampla kəskin qarşıdurma mövqeyindədir. 2017-ci ildə D.Tramp- Rusiya ilə işbirlyinə dair yazılan reportajı D.Tramp“fake news”adlandıb.Xəbəri sonra geri götürüb üzr istəsə də, 3 jurnalist işdən qovulsa da artıq saxta xəbər ünvanı CNN sinoniminə çevrilir.[5]
D.Trampın birinci prezidentliyi dövründə CNN jurnalisti Jim Acosta Ağ Evdə akkreditasiyadanməhrum edilib.(2018-ci il)[6]
2022-ci ildə CNN özünün əməkdaşı,Nyu-Yorkun sabiq qubernatorunun qardaşı Kris Kuomonu “tərəfli” yazılara görə işdən çıxarıb. K.Kuomo qərarı haqsız sayaraq CNN-ə qarşı 125 milyon dollarlıq məhkəmə iddiası qaldlrıb və məhkəmə hazırda davam edir.[7]
CNN baş müxbiri Klarissa Vard-ın müharibə ocaqlarından-Suriya,Afrika və s.- səhnələşdirilmiş saxta kadrlar yayması dəfələrlə ifşa edilib. CNN digər jurnalisti D.Brazilenin seçki debatlar haqqında gizli məlumatı rəqib H.Klintonun komandasına ötürməsi böyük qalmaqala yaradıb, o işdən qovulub və s.[8]
“Əsrin sövdələşməsi”: CNN “For sale” elanı.
CNN-in MAGA-çı iş adamına satılması, mediaimperiyanın çöküşü və acı sonluğu
CNN-in Azərbaycana qarşı yazdıqları fonunda bu mediaimperiyada baş verənlər, qlobal “şöhrətin” son günlərini yaşaması arxa planda qalıb. Sözü gedən nüfuz itkiləri təsirsiz qalmayıb. Nəticədə CNN- Amerikanın digər kabel xəbər şəbəkələri MSNBC və Fox News-la müqayisədə xeyli geriləyib.[9]

D.Trampın ikinci prezidentliyi dövründə CNN-in izləyici auditoriyası, ölkə siyasi isteblişmenti,nəhəng korporasiyalar və biznes ekosistemi ilə siyasi-ideloji əsasda gərginləşən münasibətləri geridönməz nöqtəyə çatıb. Özəlliklə istər seçki prosesində, istərsə də, son ABŞ-İsrail müharibəsinin işıqlandırılmasında kanalın İranyönlü mövqeyinə görə “Ayatollah New kanal” adlandırılıb,müdafiə naziri P.Hegset tərəfindən qərəzli adlandırılıb. O, şirkətin satılacağı, normal rəhbərliyin gələcəyi ilə bağlı gündəmi təqdir edib.
ABŞ prezidenti D.Tramp Ağ Evdə jurnalistlərlə görüşdə bildirib ki, ana şirkəti Warner Bros. Discovery-ni kimin satın almasından asılı olmayaraq ona daxil olan CNN də satılmalıdır.Sitat: "Mənim fikrimcə, CNN mütləq satılmalıdır. CNN rəhbərliyi bu şirkəti rüsvay edir,zəhər və yalanlar yayır, o satılmalıdır”. [10]

Şirkətin 88 milyard dollara Netflix-in almasına prezident D.Tramp,onun sahədə monopoliya yaradacağı səbəbi ilə etiraz edib. CNN-i almağı özünün yaxın dostu, “MAGA-çı” adlandırdığı “Oracle”, “Paramaunt” və s. sahibi olan Larry Ellisona tövsiyə edib. 2026-cı ilin aprel ayında baş icraçı direktor David Zaslav WBD konqlomeratını CNN daxil oğul David Ellisona 111 milyard dollara satıb.Hazırda son maliyyə yoxlamaları aparılır.[11]
Dünya mediasında CNN-in ana şirkəti, əyləncə və media konqlomeratı olan Warner Bros. Discovery (WBD) və ata-oğul Ellisonların “ Paramount (Skydance) şirkətinın birləşdirilməsi hadisəsi "əsrin sövdələşməsi" adlanır. Mülkiyyət sahibinin dəyişməsi fonundaetiraz aksiyaların keçirilib, CNN-in gələcəyinin,minlərlə əməkdaşının taleyinin sual altında olduğu, gözlənilən kütləvi ixtisarların fəlakət olacağı ilə bağlı 1400-dən çox tanınmış şəxs konqresə xəbərdarlıq məktubu imzalayıb.”[12]
CNN-dəki məqalənin həmmüəllifləri:Qəzza müharibəsində tank qoşunlarında döyüşən Tal Şalev CNN-ə təzə gəlib
CNN-də dərc edilmiş məqalə müəlliflərinin -Tal Şalev və Tim Lister- ilginc karyera məlumatları diqqəti cəlb edir. Tal Şalevin İsrail ordusu sıralarında xidmət etməsi, 2023-cü ildə başlayan Qəzza müharibəsində zirehli/tank korpusunun hərbçisi(armored corps militant) kimi mülki əhalinin ölümü ilə nəticələnən əməliyyatlarda iştirak edib. Onun cəmi bir necə ay əvvəl CNN-ə keçməsi media gündəmində jurnalist neytrallığı və maraq toqquşması ilə bağlı geniş tənqid edilib.
T.Şalev təxribatçı yazını öz səhifələrində “Pinn” edib.[13]. T.Şalevlə bağlı digər maraqlı məqam onun “Axios”müxbiri,ABŞ prezidenti D.Trampla gündəlik telefonla danışıb xəbər yaymasına görə “dünya bazarlarını idarə edən şəxs”adlanan Barak Ravidlə sıx dostluğudur. Barak Ravid Azərbaycanla bağlı təxribatçı yazını “Möhtəşəm ilk” ifadəsi ilə paylaşıb. “CNN-Tramp düşmənçiliyi” fonunda Trampla hər gün danışan Barak Ravid və Tal Şalev-dostluğu maraqlı görünür.

CNN məqaləsinin həmmüəlllifi, reallıqda isə tək müəllifi Tim Lister kimdir:məxfi agent, kəşfiyyatçı yoxsa jurnalist
Azərbaycanla bağlı CNN-də dərc edilən məqalədə erməni izi olmasa-bu sadəcə təəccüblü olardı.
Məqalənin həmüəllifi, Tim Listerlə bağlı internetdə məlumata demək olar ki rast gəlinmir. Azsaylı mənbələrdən məlum olur ki,10 il BBC -də,2002-ci ildən indiyə kimi CNN-də çalışır. Əvvəllər vitse prezident olub,hazırda Yaxın Şərq və Ukrayna üzrə hərbi, təhlükəsizlik və terrorizm üzrə beynəlxalq prodyuser və müxbirdir. Hazırda İspaniyada yaşayır.[14] Vitse-prezident olarkən Türkiyə də daxil olmaqla CNN-in dünyada bir çox filiallarını açıb.[15]İnternetdə İstanbulda “CNN Türk” açılışında yeganə müsahibəsi var.[16]
Araşdırma göstərir ki, T.Listerin fəaliyyətinin mediaya açıq Qərb jurnalistlərindən fərqli olaraq internetdə gizli qalmasının səbəbi onun jurnalistdən çox xüsusi xidmət qurumları ilə, məxfi-agent kəşfiyyatçı qismində çalışması olub.Əvvəllər Əl-Qaidə üzvü, sonralar isə bu terrorçu təşkilatda CİA üçün ikili agent kimi çalışan, hazırda gizli yaşayan Morten Ştormla birgə “"Agent Ştorm: Əl-Qaidə və CİA daxilindəki həyatım,"(Agent Storm: My Life Inside Al Qaeda and the CIA)” sensasiyalı kitabın həmmüəllifidir. [17]

CNN və Hollivud:Tim Lister, erməni diasporun aparıcı fiqurları Amal və Corc Kluni
Məlumdur ki, CNN media- Qərb film industriyasının sinonimi sayılan, Kaliforniya, Los-Ancelesdə yerləşən Hollivudda mənzillənib.[18] Ana şirkət WBD-nəhəng kino “maşınının mühərrikləri”adlanan “Böyük Beşlik”(“Big Five”) Universal Pictures, Paramount Pictures, Warner Bros. Pictures, Walt Disney Studios və Sony Pictures) studiyalarından birinə malikdir. WBD/CNN və Hollivud arasında davamlı birgə layihələr, korporativ əlaqələri formalaşıb.
Araşdırma göstərir ki,CNN-də çalışan Tim Lister Hollivud ulduzları, qlobal erməni diasporun aparıcı fiqurlarından olan, Ruben Vardanyanın ailəvi dostları Amal və Corc Kluni cütlüyü ilə işbirliyində olub.
Amal Kluninin adı Azərbaycanda “5-ci kalon”un (Xədicə İsmayıl, Tofiq Yaqublu və s.),Türkiyədə “Perincek işi”nin vəkili kimi yaxşı tanışdır. Dünya erməniliyinin “Femidası” adlanan Amal-ın beynəlxalq hüquq, məhkəmə, vəkillik sistemində tutduğu vəzifələri sadəcə saymaq çox vaxt aparar.[19] 2016-cı ildə təsis etdikləri “Kluni Ədalət Fondu”(Clooney Foundation for Justice(CFC)-ermənilərin: beynəlxalq hüquq, məhkəmə, vəkillik institutlarında siyasi korupsiyaya cəlb etdikləri qlobal şəbəkəni birləşdirən çətir təşkilatdır. [20]
Təşkilat qlobal miqyasda hibrid müharibənin tərkib hissəsi olan “hüququn geosiyasi təzyiq silahı kimi tətbiqini ifadə edən “lawfare” (türkcə:Yargıharp-hukuk savaşı)[21] yönündə AvroParlament, Konqres, BMT, BƏM, BCM və s.də siyasi korrupsiya vasitəsi ilə şəbəkələşdirməklə Azərbaycana qarşı beynəlxalq revanşizm məqsədli fəaliyyət həyata keçirir.Həmin qurumların,habelə CNN və Hollivudun rəhbərliyindəki şəxslər həm də “Kluni Ədalət Fondu” (KƏF)və onun yüzlərlə təşkilatlarında təmsil olunur.Misal:Britaniya Parlamentinin İcmalar Palatasında Azərbaycanla bağlı son dinləmələr Kluni Ədalət Fondunun idarə heyətinin üzvü,Amalın rəhbəri olduğu Beynəlxalq Vəkillər Kollegiyası tərkibindəki İnsan Hüquqları İnstitutunun(İBAHRİ) direktoru Baronessa Helena Kennedy tərəfindən təşkil edilib.[22] Yaxud, hazırda Kluni Ədalət Fondunun Baş icraçı direktoru Hollivuddan gələn,Warner Bros. şirkətinin hüquq və maliyyə üzrə sabiq rəhbəri David Sagal-dır.[23]
Corc Kluni
Amal Kluninin həyat yoldaşı, Azərbaycana qarşı fəaliyyəti ilə “ermənidən daha çox erməni”adlanan,R.Vardanyanın ailəvi dostu olan Hollivud ulduzu Jorc Kluninin(George Clooney) erməni diasporuna xidmətləri və Türkiyəyəyə qarşı düşmənçiliyi məlumdur.[24]
Bundan fərqli olaraq JABŞ xüsusi xidmət və kəşfiyyat qurumları ilə uzun illər sürən işbirliyi nisbətən naməlumdur. Bundan fərqli olaraq,C.Kluninin CİA/MKİ tərəfindən maliyyələşdirilən peyk müşahidəsi və özəl dron kəşfiyyat şirkəti (('Satellite Sentinel Project’) ilə təmin edilməsi, Cənubi Afrikada qızıl və brilyant resursların ələ keçirilməsi fəaliyyətinə “korrupsiya ilə mübarizə” adı altında cəlb edilməsi,hələ L.M.Okamponun rəhbər olduğu vaxtlardan Beynəlxalq Cinayət Məhkəməsi(BCM/İCC) ilə işbirliyində olması kölgədə qalıb. [25]
Sitat:“Peyk Keşikçisi Layihəsi ('Satellite Sentinel Project’ (SSP)çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis M. Okampo, beynəlxalq ədalətə və dövlət repressiyalarına qarşı mübarizə adı ilə insan haqları fəalı üçün qeyri-adi işlər görülürdü.”[26]
CNN müxbiri Tim Lister və Kluni Fonduna daxil olan, Azərbaycanı hədəfə almaq üçün yaradılan “The Sentry” adlı kəşfiyyat mərkəzi ilə işbirliyi
Corc Kluni və CNN-dəki məqalənin müəllifi Tim Lister məhz bu peykli/dronlu “araşdırmaların”birində bir il müddətində birgə çalışıb. Layihə Rusiyanın Vaqner qrupunun( "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkəti) Afrika ölkələrində hərbi,siyasi işğalçılıq,habelə, mədənçilik fəaliyyətlərinin araşdırılmasını həyata keçirib.Tim Lister və Corc Kluni-CNN və The Sentry işbirliyi:[27]
“The Sentry”(Keşikçi)-Clooney Foundationa daxil olan,xüsusi xidmət orqanlarına bağlı kəşfiyyat- istintaq təşkilatıdır və korrupsiya əməliyyatlarını izləyir.Təsisçilər kimi C.Kluni və Con Prendergast (John Prendergast) göstərilir. Con Prendergastın vəzifələri də sadalamaq üçün həddən çoxdur.ABŞ kəşfiyyat qurumlarında,sonra Dövlət Departamentində Süzan Raysın köməkçisi,BMT insan haqları qurumlarında vəzifələrdə çalışıb.CNN müxbiri ilə çalışan təsisçilər[28]
“The Thentry” təşkilatını içində təsis edilən “Atlas Project” layihəsi isə özəlliklə Azərbaycanı hədəfə alan,dünya miqyaslı qaralama,böhtan və qərəz layihələri həyata keirilib.[29]Hər iki təşkilatın ölkəmizə qarşı istər COP29 ərəfəsində, istərsə də erməni müharibə canilərinin ədalət məhkəməsinə çıxarılmasına görə demonizasiya fəaliyyəti demək olar ki, misilsizdir.
Nəticə və ya “Dünyada müstəqil media yoxdur”
-Qeyd edilənlər, CNN və s.transmilli medianın fəaliyyəti göstərir ki, bu qurumları müəyyən siyasi qüvvələrin, korporasiyaların və ya maliyyə qruplarının maraqlarına xidmət edir və dövlət başçımızın “"Dünyada müstəqil mətbuat yoxdur, amma biz müstəqil mətbuat üçün şərait yaratmağa çalışırıq." -fikri gerçək reallıqdır.
-Hazırkı vaxtda “Əsrin sövdələşməsi”adlanan razılaşma ilə satılmış CNN media qarşıdakı kütləvi ixtisarlar,heyətinin etiraz aksiyaları, tanınmışların Konqresə müraciətləri,perspektivdə hazırkə layihələrin ləğvi və onlara yenidən baxlması kimi yaşanan tam bir xaosdan yazmaq əvəzinə Azərbaycanı hədəfə alması məhz yaanmış hərc mərcliklə, erməni diasporun bundan fürsətlənməsi kimi faktorla da bağlıdır.
-Məqalənin faktlar olmadan anonim mənbələrə istinad etməsi,mətndəki absurd uyğunsuzluqlar,yaranan çoxsayylı məntiqi suallar məhz bunu göstərir.
-CNN-də əvvəllər vitse prezidenti olmuş, kəşfiyyat qurumları ilə bağlı olan Tim Listerin yenə də həmin qurumlara bağlı Corc Kluni ilə əməkdaşlığı da CNN -də Azərbaycan əleyhinə gedən məqalənin yazılmasına təsir göstərmiş ola bilər.Əks təqdirdə müxbirlik fokusuna Cənubi Qafqazın daxil olmadığı Tim Lister nə üçün burada həmmüəllif olub?-sualı yaranır.
-CCN-də yayılan təxribatçı məqalədə:yeganə müəllifin Tim Listerin olması, digər müəllif Tal Şalevin İsrail ordu sıralarından təzəliklə CNN-ə gəlməsi, uzun illər Hollivudda yerləşənCNN müxbiri Tim Listerin Corc Kluni ilə tanışlığı,Klunilərin təşkilatları ilə birgə tam bir il layihələrdə çalışması-nəzərə alınaraq, erməni izi və sifarişinin olmasını deməyə tam əsas yaranır.
-Kluni cütlüyünün Ruben Vardanyanla ailəvi dostluğu,onların D.Trampla münaqişəyə girib Amerikanı tərk etmələri,Fransa vətəndalığı almaları və hazırda orada yaşamaları da diqqət mərkəzində olmalıdır.
-CNN mediaimperiyasının Trampın məsləhəti ilə MAGA-çı dostuna satılması, özünün demək olar sonluğunu yaşaması, şirkət ətrafında yaranan gərginliklərABŞ və xaricdə yüzlərlə iş yerinin ixtisarı, film və televiziya layihələrinin ləğv edilməsi, Tramp əleyhinə redaksiya siyasətinin ləğv edilməsi və s. qorxular fonunda çöküş və təşviş xaosu T.Lister və Kluni işbirliyini ortaya çıxmasını şərtləndirib. Heç bir mənbənin göstərilmədiyi, klikbeyt tipli sensasiyaya hesablanmış təxribatçı məqalə ortaya çıxıb.
-Azərbaycan və İsrail arasında hərbi və təhlükəsizlik sahəsində məlum əməkdaşlıq münasibətlərindən sensasiya düzəltmək üçün erməni diasporu, ABŞ iqtidarına müxalif media və s-lə “erməni əsirlər”mövzusunda Azərbaycana təzyiq etmək üçün plan qurub. İstənilən hibrid əməliyyatlarda olduğu kimi, çoxşaxəli məqsədlər hədəfə alınıb.
-Hədəflər: İranla sülh razılaşmasına gedən Trampa,fevralın 28-dən başlayan müharibədə ölkəmizdə qorunan sabitlik,TRİPP yoluna “Ermənistan,region qeyri-sabitdir” mesajı ilə zərbə vurmaq, investorları çəkindirmək, İslam dünyasını, Cənublu soydaşlarımızda Azərbaycana qarşı qoymaq, Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq, hətta mümkünsüz etmək “ya Türkiyə-ya İsrail” seçimi qarşısında qoymaq və s.-kimi izah edilə bilər.
-Məqalədə müasir raket/kosmik sənayenin istənilən fəaliyyətlərin izlənməsinin mümkünüyü fonunda bu sahə vacib resurslara malik olan İranın öz sərhədlərində gedən əməliyyatlardan sanki bixəbər olması, “jurnalistlərin” onları xəbərdar etməsi” kimi gülünc mənzərə yaradılıb.
-Hərbi analitiklərin təhlil etdiyi kimi, hər hansı hava nəqliyyatının gəlmək üçün ya Türkiyədən,ya da Gürcüstandan keçməli olması,bunun gözdən yayınması mümkünsüzlüyü faktı da təxribatçı məqalədəki absurd fikirləri təkzib edir.Elit taktiki axtarış-xilasetmə bölmələr dedikdə isə söhbət İsrail HHQ-nin 669-cu bölməsi gedirsə-bu nəzəri olaraq mümkün deyil.
-Şübhəsiz ki, heç bir,hətta yüzlərlə təxribatçı məqalə Azərbaycana təzyiq etməyə qadir deyil və müstəqillik tariximiz buna sübutdur. Azərbaycan on illərlə dünya erməniliyinin və onların siyasi korrupsiya şəbəkəsinin informasiya hücumlarına məruz qalıb.Ancaq dövlətimizin qətiyyətli mövqeyi, milli maraqlara xidmət edən siyasəti hər dəfə qalib gəlib.
-Bununla yanaşı, ölkəmizə qarşı dezinformasiya müharibəsində dövlət başçımızın qeyd etdiyi kimi üzdə görünməyən, arxada isə “qulaqları görünən” erməni faktorunu aşkara çıxarmaq,ifşa etmək önəmlidir.
Əlavələr.Faktlar
CNN məqalə müəllifi Tim Listerin əməkdaşlıq etdiyi Amal və Corc Klunilərin “The Thentry” təşkilatı ilə işbirliyinə dair mənbələr: [30]
Təşkilatın müstəsna olaraq məxsusi olaraq Azərbaycanı hədəfə almaq üçün yaradılmasını görmək olar:[31]
Yalnız Azərbaycanla bağlı yaradılmış “Atlas Layihəsi”-nin səhifələrinə baxmaq ölkəmizin hədəfə alınmasını görmək üçün kifayətdir:https://atlas.thesentry.org/azerbaijan-aliyev-empire/Amal-Corc Kluni cütlüyü və Jon Prenderqast hər üçü R.Vardanyanın təsis etdiyi “Avrora”mükafat fondunun münsifləridir[32].
Təşkilat bütün dünyada yalnız Azərbayan və Afrikanı araşdırır.Maraqlı burasıdır ki,Afrika ilə layihələr bitib,Azərbaycanıa bağlı layihələr isə yeni davam edir.[34] Bu da CNN məqaləsinin də bəlkə həmin plana aid olması sualını yaradır.
Meqadonorlar:https://thesentry.org/wp-content/uploads/2025/01/2024-EOY-ImpactReport-TheSentry.pdf
COP-29 ərəfəsində Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası.
R.Vardanyan və CNN dəki məqalə müəllifinin əməkdaşlıq etdiyi C.Kluni və Jon Predenqast
A.və C.Klinilər və Vardanyan
İstinad olunan mənbələr:
[1]Prezident İlham Əliyev. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı// https://president.az/az/articles/view/55348
[2]https://edition.cnn.com/2026/06/05/middleeast/azerbaijan-israel-iran-war-intl
[3]https://www.instagram.com/p/DZNd0eGDXJv/?hl=en
[4]CNN-1980-ci ildə yaradılıb,2022-ci ildən “Warner Brother Discovery”(WBD) ana şirkətinə daxildir. WBD səhmlərin ən böyük payçısı “Black Rock” meqaşirkətidir. Baş icraçı direktor, Ukrayna doğumlu, yəhudi əsilli David Zaslav WBD -yə rəhbərliklə yanaşı burada pay sahibidir. “"CNN effekti" 1991-ci ildə münaqişə ocaqlarından canlı 24/7 xəbər yayımının v gətirdiyi yenilyi əks ediri //https://www.fool.com/investing/how-to-invest/stocks/who-owns-warner-bros/
[5]“Three CNN journalists resign over retracted Trump-Russia story.” Los Angeles Times. June 26, 2017. Accessed September 29, 2024. https://www.latimes.com/business/hollywood/la-fi-ct-cnn-resignation-20170626-story.html.
[6] Exchange Of President Trump's Clash With CNN's Jim Acosta// https://www.youtube.com/watch?v=m8rXqqLPbo4
[7]“Chris Cuomo seeks $125 million after being fired from CNN.” NPR. March 17, 2022. Accessed September 29, 2024. https://www.npr.org/2022/03/17/1087167551/chris-cuomo-cnn-125-million.
[8]https://www.nytimes.com/2016/11/01/us/politics/donna-brazile-wikileaks-cnn.html?hp&action=click&pgtype=Homepage&clickSource=story-heading&module=b-lede-package-region®ion=top-news&WT.nav=top-news/
[9]https://www.influencewatch.org/for-profit/cnn/
[10] Trump enters Warner Bros. fight, says it’s ‘imperative that CNN be sold’// https://edition.cnn.com/2025/12/10/media/trump-cnn-sold-paramount-warner-bros-netflix
[11] Warner Bros shareholders approve Paramount's $111bn takeover// https://www.bbc.com/news/articles/cgj09ny0dq6o
[12] CNN future in question after sale news// https://www.poynter.org/commentary/2026/netflix-pu...
[14]https://muckrack.com/tim-lister
[15]https://cnn.iprima.cz/tim-lister-ze-cnn-v-cesku-rozjizdime-nas-nejvetsi-projekt-v-evrope-2517
[16]https://www.youtube.com/watch?v=rM8WJT75AOc
[17]https://www.c-span.org/person/tim-lister/77671/ ; https://www.irozhlas.cz/fotogalerie/5420839?fid=5647921
[18]https://www.costar.com/article/134786130/cnns-hollywood-office-former-home-to-larry-king-live-to-move
[19]https://www.doughtystreet.co.uk/barristers/amal-clooney
[20]https://cfj.org/person/amal-clooney/
[21]https://yetkinreport.com/2025/11/16/yargiharp-ya-da-lawfare-yeni-siyaset-ve-hukuk-kavramiyla-tanisin/
[22]https://www.nagornokarabakhinquiry.com/
[23]https://cfj.org/person/david-sagal/
[24]https://www.dailysabah.com/business/economy/george-clooney-admits-he-rejected-35m-for-a-single-workday
[25]Secrets of the ICC: Jolie, Clooney and the world-fixer psychosis// https://theblacksea.eu/stories/ secrets-of-the-international-criminal-court-jolie-clooney-and-the-world-fixer-psychosis/
[26] Secrets of the ICC: Jolie, Clooney and the world-fixer psychosis// https://theblacksea.eu/stories/ secrets-of-the-international-criminal-court-jolie-clooney-and-the-world-fixer-psychosis/
[27]https://thesentry.org/reports/cnn-central-african-republic/
[28]https://thesentry.org/about/co-founders/
[29]https://atlas.thesentry.org/azerbaijan-aliyev-empire/?fbclid=IwY2xjawSThLpleHRuA2FlbQIxMABicmlkETFFajJhaEFyZ2k4aG5NWjZVc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHqBC37Ck0C5NRYjmXGPEYSv_24nYH-lb5uxxYs7pqfemy4gsP6I2BVqUchGH_aem_0buNoHy0dJzwgPPJYkJIPQ
[30]https://x.com/sebshukla/status/1758794955865129289Feb 17, 2024
[31]https://thesentry.org/wp-content/uploads/2023/12/2022-EOY-ImpactReport-TheSentry-final.pdf
[32]https://x.com/thesentry_org
[33]https://thesentry.org/wp-content/uploads/2023/12/2022-EOY-ImpactReport-TheSentry-final.pdf

Şərhlər