Menu

"Nasaz maşını niyə sürürsən axı?!" - Qızı qəzada ölən vəkil danışdı + VİDEO

17.06.2026, 21:18
"Nasaz maşını niyə sürürsən axı?!" - Qızı qəzada ölən vəkil danışdı + VİDEO

Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva həyatını itirib.

“AzPolitika” xəbər verir ki, mərhumun atası hadisə ilə bağlı "Baku TV”-yə açıqlama verib.

“Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi”, – Fərhad Mehdiyev deyib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətiraflı “Baku TV”nin süjetində:


Şərhlər

Eli 2026-06-17 22:04:22

Hörmetli vekilin derdine lerik oluryq,ancaq bşr reallıq var 17 yaşında özü de quz uşağı neden tecrübesi olmaya olmaya bu qeder tehlükeli yoka çıxıb axı tecrübeli sürücü beke bu cesareti etmezdi mence.Ne ise Ruhu şad olsun Allah sebr versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol