ABŞ ilə İran arasında yekun anlaşma İsrailin Baş naziri Binyamin Netanyahunun siyasi və hüquqi baxımdan sonu olacaq.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, belə bir açıqalma ilə Pakistanın Müdafiə naziri Məhəmməd Asif çıxış edib.
O, ABŞ-İran sülh müqaviləsinin Netanyahu üçün siyasi çöküşə və onun həbsinə səbəb olacağını bildirib. Müdafiə naziri bu açıqlamanı Vaşinqton və Tehran arasında diplomatik danışıqların irəliləməsi fonunda verib. Məlum olduğu kimi, bu danışıqlarda İslamabad vasitəçi kimi əsas rol oynayır.
Asifin sözlərinə görə, İsrailin indiki hakimiyyəti çarəsiz vəziyyətdədir və danışıqlar prosesini pozmağa çalışır. Müdafiə naziri vurğulayıb ki, davamlı sülhə nail olmaq Netanyahunu əsas geosiyasi dəstəyindən məhrum edəcək, hazırkı siyasətini davam etdirməyi qeyri-mümkün edəcək və Yaxın Şərqdəki hərbi əməliyyatlara görə onu beynəlxalq səviyyədə məsuliyyətə cəlb etmək üçün şərait yaradacaq.
“AzPolitika.info”

Şərhlər