Menu

Yaşayış evində partlayış: xəsarət alan var

06.01.2015, 12:54
Yaşayış evində partlayış: xəsarət alan var

Astarada yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, partlayış rayonun Məscidməhəllə kəndində, vətəndaşa məxsus ikimərtəbəli, 6 otaqlı evdə qeydə alınıb. Evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış olub.

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərçivədən çıxıb, 1 nəfər isə müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər çatana kimi aidiyyəti üzrə aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol