Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa infrastruktur layihələrinin həyata keçirilməsi və bank sektorunun bərpasında Fransanın dəstəyinə ümid etdiyini bildirib.
"Report" xəbər verir ki, o bu barədə Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar ərəfəsində Fransanın BFMTV telekanalına müsahibəsində danışıb.
Əl Şaraanın sözlərinə görə, görüşün yekunlarına əsasən tərəflər bir sıra sazişlər imzalayacaqlar. O, Suriyanın bərpa mərhələsində olduğunu və texnoloji dəstəyə ehtiyac duyduğunu qeyd edərək, Fransanın bu sahədə aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.
Xatırladaq ki, Makron iyulun 6-sı axşam saatlarında Dəməşqə səfər edib.

Şərhlər