Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi yalnız diplomatik görüşlərlə deyil, maraqlı anları ilə də diqqət çəkib.


Məsələn, İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampla yaşadığı iddia olunan fikir ayrılığı barədə verilən suala cavab vermək əvəzinə bir stəkan suyu birnəfəsə içərək jurnalistlərin diqqətini cəlb edib. O, daha sonra "Peşman deyiləm" ifadəsini işlədib.

Fransa Prezidenti Emmanuel Makron Prezident Simfonik Orkestrinin musiqiçiləri ilə görüşərək onları Fransaya dəvət edib.


Cənubi Koreya Prezidentinin xanımı Kim Hea Kyung isə zirvədə Əminə Ərdoğan tərəfindən hədiyyə edilən ənənəvi "sof" parçadan hazırlanmış şərf və çantadan istifadə etməsi ilə diqqət çəkib.


Belçikanın Baş naziri Bart De Vever Ankarada rastlaşdığı pişiyi sosial şəbəkə hesabında paylaşaraq Türkiyə ilə bağlı səmimi təəssüratını ifadə edib.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi isə Türk qəhvəsini yüksək qiymətləndirərək onun həm hazırlanma, həm də içilmə ənənəsinin xüsusi olduğunu bildirib.


İslandiyanın Baş naziri Kristrun Frostadottir isə Ankaradakı görüşlər zamanı Prezident Külliyəsini gəzərkən nümayiş etdirdiyi heyranlıq dolu baxışlarla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"AzPolitika.info"