Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də və 12-də ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "AzPolitika"ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bundan başqa, iyulun 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə də tədbirlər davam etdirilir.

Şərhlər