Menu

MÜXALİFƏT YENİ KONSTİTUSİYA LAYİHƏSİNİ RƏDD EDİR... - "Bakının tələbi ilə hazırlanıb və...."

25.11.2026, 11:35
MÜXALİFƏT YENİ KONSTİTUSİYA LAYİHƏSİNİ RƏDD EDİR... - "Bakının tələbi ilə hazırlanıb və...."

Ermənistandakı "birləşmiş müxalifət" hakimiyyətin dərc etdiyi yeni Konstitusiya layihəsini rədd edib.

"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, bu barədə "Hayastan" ("Ermənistan") blokunun yaydığı bəyanatda bildirilib.

Bəyanatda iddia olunur ki, layihə təkcə Azərbaycanın tələbi əsasında işlənib hazırlanmayıb, həm də mövcud hakimiyyətə öz mövqelərini daha da möhkəmləndirmək imkanı yaradır.

"Biz təkcə xarici dövlətin diktəsi ilə deyil, həm də ölkə daxilində hakimiyyətin mərkəzləşdirilməsi və avtoritar idarəetmə sisteminin möhkəmləndirilməsi ilə üz-üzəyik", - bəyanatda vurğulanıb.

Müxalifətçilərin iddiasına əsasən, Konstitusiyanın dəyişdirilməsi rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü ilkin şərtdir. Ermənistan hakimiyyətinin isə bu prosesdən hakimiyyəti əlində cəmləşdirmək, həmçinin çəkindirmə və tarazlıq mexanizmlərini aradan qaldırmaq üçün istifadə etdiyi bildirilir.

Birlik həmçinin yeni Konstitusiyanın qəbuluna qarşı mübarizədə qüvvələri birləşdirməyə hazır olduğunu açıqlayıb və bu məsələ ilə bağlı yaxın günlərdə keçiriləcək görüş barədə məlumat verəcəyini bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol