ABŞ-də vəfat edən respublikaçı senator Lindsi Qremin ölümündən təxminən bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığı məlum olub.
"Axios" nəşrinin yaydığı məlumata görə, tərəflər telefon danışığında Ukraynadakı müharibə, Rusiyaya qarşı yeni sanksiyalar paketi və İrana qarşı mümkün ABŞ hərbi əməliyyatlarını müzakirə ediblər.
Məlumata görə, danışıqdan sonra Qrem özünü yaxşı hiss etmədiyini desə də, əvvəlcə planlaşdırılan televiziya proqramına qatılmağı, daha sonra isə lazım gələrsə tibbi yardım almağı düşündüyünü bildirib.
Senator həmin vaxt ətrafındakılara zarafatla, "Hazırda ölə bilmərəm. Hələ Rusiyaya qarşı sanksiyaların qəbuluna nail olmalı, İran məsələsi ilə məşğul olmalı, həmçinin İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına kömək etməliyəm", – deyib.
Qrem bu söhbətdən qısa müddət sonra vəfat edib. Onun ofisi ilkin olaraq ölüm səbəbini "qəfil yaranan qısamüddətli xəstəlik" kimi açıqlasa da, ABŞ mətbuatında yer alan ilkin məlumatlarda senatorun "aorta cırılması" nəticəsində öldüyü bildirilir. Ölüm səbəbi ilə bağlı yekun məhkəmə-tibbi ekspertiza rəyinin hələ hazırlanmadığı qeyd olunur.
"AzPolitika.info"

Şərhlər