2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq məhsul satılıb.
"AzPolitika" xəbər verir ki, bu vəsaitin 17,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatı qeyri-ərzaq mallarının alışına yönəldilib.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 525,7 manatlıq, o cümlədən 285,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 240,0 manatlıq qeyri-ərzaq malları alıb.

Şərhlər