Menu

Baxçalıdan Ərdoğana qardaş qırğını xəbərdarlığı

06.01.2015, 17:00

devlet-bahçeli-371Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı son günlər Türkiyədə yaşanan iğtişaşlarla bağlı sərt açıqlama verib.

Virtualaz.org saytı xəbər verir ki, MHP lideri son günlər Cizrə bölgəsində kürdlər arasında davam edən savaşa və Dolmabaxça sarayına silahlı hücuma münasibət bildirib.

Dolmabaxça sarayına iki silahlı basqının hökumət tərəfindən təşkil edildiyini deyən D.Baxçalı bunun sadəcə gündəmi dəyişmək üçün planlaşdırıldığını söyləyib.

Cizrədə kürdlər arasında baş verən silahlı toqquşmalarda 3 nəfərin ölməsinə və onlarla insanın yaralanmasını pisləyən D.Baxçalı deyib: “Cizrədə iki qrup savaşır. Xəndəklər qazaraq polis və əsgərin şəhərə girməsinə imkan vermir. Baş nazir də deyir ki, hər şeyə nəzarət edirik. Dimdik durmaq lazımdır. Ancaq hökumət heç nə etmir, bu işləri “paralel dövlət” və provakasiyalarla əlaqələndirərək gündəmi dəyişir. “Paralel dövlət” varsa, bunun günahkarı Ərdoğandır. Çünki 11 il ərzində bu insanların hakimiyyətdə vəzifə tutmasına şərait yaradıb”.

D.Baxçalı hakimiyyətə xəbərdarlıq edərək deyib ki, bu gün Cizrədə, sabah Silopda baş verən atışmaların qarşısı alınmasa, Türkiyədə qardaş qırğını, vətəndaş müharibəsi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol