Menu

İran ABŞ-nin hərbi aviasiyasını vurdu - Ciddi dağıntılar var

18.07.2026, 12:49
İran ABŞ-nin hərbi aviasiyasını vurdu  - Ciddi dağıntılar var

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq aviabazasına raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyini bildirib.

"AzPolitika" xəbər verir ki, hücumun hədəfi qırıcı anqarları və hərbi aviasiya dayanacağı olub. SEPAH-dan bildirilib ki, zərbə nəticəsində azı iki ABŞ qırıcı təyyarəsi tamamilə məhv edilib, bir neçəsi isə ciddi zədələnib.

Bundan əlavə, SEPAH İordaniya silahlı qüvvələrini ABŞ qoşunlarına zərbələr endirməyə çağıraraq, ölkədə olan ABŞ hərbçilərinin "qanuni hədəflər" olduğunu bildirib.

"Sizin dini və humanitar borcunuz onları istənilən lazımi vasitələrlə öldürmək və İordaniyanın müqəddəs torpağını təmizləməkdir", - bəyanatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol