Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.
Müdafiə Nazirliyindən verdilən məlumata görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib.
Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.


Şərhlər