Menu

Bakının mərkəzindəki dəhşətli olayla bağlı YENİ FAKTLAR - VİDEO

07.01.2015, 10:15
Bakının mərkəzindəki dəhşətli olayla bağlı YENİ FAKTLAR - VİDEO

Öldürülən gəncin dostu bıçaq yaraları ilə xəstəxanaya aparıldı

Dünən Bakının mərkəzində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. APA TV-nin məlumatına görə, "Sahil bağı"nın yaxınlığında naməlum şəxs və ya şəxslər 26 yaşlı Həsənov Namiq Həsən oğlunu gəzdirdiyi itə görə amansızlıqla qətlə yetirib. Şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Həsənov "Sahil bağı"nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib. H.Həsənovu qətlə yetirən şəxs onun dostu, 22 yaşlı Orxan Məmmədzadəyə də bıçaqla xəsarətlər yetirib.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən H.Həsənov 1989-cu ilin 24 sentyabr tarixində Bakıda anadan olub və Nərimanov rayonunda qeydiyyatda olmaqla yaşayırmış. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu isə Yasamal sakinidir.

İlkin məlumatlarda H.Həsənovun başının kəsildiyi bildirilsə də, sonradan onun ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən keçindiyi məlum olub. O.Məmmədzadə isə qarın boşluğundan kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

* * *

Bakının "Sahil bağı" yaxınlığında baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən Həsən Namiq oğlu Həsənovun yanında başqa bir dostu da olub. Ona da bıçaq xəsarəti yetirilib. Yaralı hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun şəxsiyyəti məlum olub. Bu 1993-cü il təvəllüdlü Məmməzadə Orxan Təbriz oğludur.

Xatırladaq ki, dünən axşam saatlarında Bakının mərkəzində qətl hadisəsi baş verib. Cinayət “Sahil bağı”nın yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki gənc arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilən 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol