Ukrayna PUA-ları sərhəd tanımır. 

“AzPolitika” xəbər verir ki, Rusiyanın Udmurtiya Respublikasının Sarapul şəhərindəki Qorizont neft bazasına PUA zərbəsi endirilib. Bu barədə Ukrayna mediasında məlumat və görüntülər yayımlanıb.

Bunu Udmurtiyanın başçısı Aleksandr Breçalov da təsiqləyib və deyib ki, bu, "son dövrlərin ən böyük hücumu" olub.

"Hazırda Udmurtiya Respublikasındakı obyektlərə son zamanların ən böyük hücumunu dəf etmək üçün hava hücumundan müdafiə qüvvələrindən və vasitələrindən istifadə edirik", - Breçalov yazıb.

Sarapuldakı böyük “Wildberries” logistika kompleksinin işçiləri təxliyə edilib. Anbarın özü zədələnməyib.

İjevskdə şəhər avtobus xidməti müvəqqəti olaraq dayandırılıb və yerli hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Ukrayna kanalları bildirir ki, dronlar Borok kəndindəki Dövlət Ehtiyatları üzrə Federal Agentliyin (Rosrezerv) bir hissəsi olan Qorizont zavoduna da hücum ediblər. Bu obyektlər Ukraynadan təxminən 2500 km məsafədədir.

“AzPolitika.info”

https://x.com/Newsfeed883920/status/2081646834645086483?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2081646834645086483%7Ctwgr%5Ecf265b2bd3db2ec0964031268ae124392fc46fbb%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fhaqqin.az%2Fnewsarchive%2F389355