Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka Avropa Birliyi qarşısında iddia qaldırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumatda deyilir ki, Peskovun arvadı ona qarşı sanksiyaların qaldırılmasını və 2 milyon avrodan çox təzminat ödənilməsini tələb edib. Bu iddia Aİ-nin Rəsmi Jurnalında da yer alıb.
Navkaya qarşı sanksiyalar, 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra, "Ukraynanın ərazi bütövlüyünü təhdid edən hərəkətləri dəstəkləyən şəxs" ilə əlaqəsi səbəbindən tətbiq edilib. Sanksiyalar həmçinin, Navkanın ilhaq edilmiş Krımda şirkətlərə və əmlaka sahib olması səbəbindən tətbiq olunub.

Navka öz iddiasında Aİ Şurasının onu “qara siyahı”ya salmaq üçün kifayət qədər əsasının olmadığını iddia edir. O, maddi ziyana görə təxminən 135.000 avro, mənəvi ziyana görə 1,9 milyon avrodan çox təzminat tələb edib.
Peskov və Navka 2010-cu ildə tanış olublar və 2014-cü ildə Nadejda adlı bir qızları dünyaya gəlib. 2015-ci ildə cütlük Soçidəki elit bir oteldə evləniblər. “Fobes” jurnalı Peskov və Navkanı Kremlin ən varlı ailələrindən biri adlandırıb.
“AzPolitika.info”

Şərhlər