İraq Baş naziri Əli əl-Zeydi ABŞ və Səudiyyə Ərəbistanının hücumları səbəbindən Riyada səfər etməyəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə "Al Jazeera" mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, əl-Zeydi 30 iyulda krallığa ikitərəfli münasibətlər, təhlükəsizlik və regional inkişaf məsələlərini müzakirə etmək və müxtəlif sahələrdə anlaşma memorandumları imzalamaq üçün səfər etməli idi.

Qeyd olunur ki, səfər ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı hədəflərə zərbələrindən sonra təxirə salınıb.

Səudiyyə Müdafiə Nazirliyi bildirib ki, ölkənin silahlı qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə birgə İraqda İran tərəfindən dəstəklənən silahlı qrupların hədəflərinə məqsədyönlü zərbələr endirib. Bu, İraqdan Səudiyyə neft emalı zavodlarına pilotsuz təyyarə hücumlarından sonra baş verib.