Danimarkanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağıraraq hərbi attaşenin ölkədən çıxarılması barədə məlumat verib.
Bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen bildirib.
Attaşe 7 gün ərzində ölkəni tərk etməlidir.
Bununla yanaşı, Rasmussen Rusiya ilə diplomatik münasibətlərin hələ də vacib olduğunu bildirib.
Onun sözlərinə görə, qeyri-müəyyənlik və münaqişələrlə dolu dünyada dialoq apara bilmək vacibdir. /"Report"


Şərhlər