Menu

İranın Qəşm şəhəri yaxınlığına raket düşüb

20.11.2026, 21:29
İranın Qəşm şəhəri yaxınlığına raket düşüb

Bu gün İranda yerli vaxtla saat 18:50-də Qəşm şəhərinin yaxınlığına raket düşüb.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

İran tərəfinin iddiasına görə raket ABŞ-İsrail qüvvələri tərəfindən atılıb və şəhərin kənarındakı əraziyə düşüb.

Hadisə nəticəsində dəymiş mümkün zərərin miqyası və digər təfərrüatlar barədə məlumat verilməyib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol