Menu

Yaponiya Baş nazirinə qarşı “hörmətsizlik” - Çinə səfəri qalmaqal yaradıb + VİDEO

20.11.2026, 13:51
Yaponiya Baş nazirinə qarşı “hörmətsizlik” - Çinə səfəri qalmaqal yaradıb + VİDEO

Yaponiya Baş naziri Sanae Takaiçinin APEC sammiti üçün Çinin Şençjen şəhərinə səfəri zamanı baş verənlər Yaponiyada birmənalı qarşılanmayıb.

“AzPolitika” xəbər verir ki, Baş nazirin Çində qarşılanması mərasimi Yaponiyada təhqir kimi qəbul olunub.

Yaponiyanın “Jisin” nəşrinin məlumatına görə, xanım Baş nazir təyyarədən enərkən Yaponiya hökumət təyyarəsinə birləşdirilən pilləkənlər qapıdan 40 santimetr aşağıda olub. Yaponiya mediası bunu qarşılayan tərəfin bilərəkdən etdiyi hərəkət kimi təqdim edib. Nəticədə 65 yaşlı Takaiçi bir əli ilə qapı çərçivəsindən tutaraq çətinliklə, az qala tullanaraq ayağını pilləkənə qoya bilib.

Takaiçini qarşılamağa isə hansısa yüksək rütbəli məmur deyil, yalnız Çinin Yunanıstandakı keçmiş səfiri göndərilib.

Çin tərəfi həmçinin Yaponiya Baş nazirinin qarşılanma mərasimini olduqca sönük təşkil edib. Qarşlanma zamanı nə bayraq, nə orkestr, nə gül, nə də fəxri qarovul dəstəsi olmayıb.

Yaponiya Parlamentinin üzvü, keçmiş müdafiə və xarici işlər nazirinin müavini Yasuhide Nakayama, Çin tərəfindən izahat tələb edib. O qeyd edib ki, siyasi fikir ayrılıqlarından asılı olmayaraq, xarici hökumət başçısının təhlükəsizliyinin və lazımi səviyyədə qarşılanmasının təmin edilməsi ev sahibi ölkənin məsuliyyətidir.

C.Məmmədli

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol