Ukrayna növbəti aylarda Donetsk vilayətindəki Konstantinovka şəhəri üzərində nəzarəti tam itirə bilər. 

“AzPolitika” xəbər verir ki, bu barədə “RBC-Ukraine” hərbi və siyasi dairələrdəki mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, 2026-cı ilin sonuna qədər Liman və Dobropolye üçün də oxşar risk yarana bilər. Mənbələrə görə, hadisələr Ukrayna üçün əlverişsiz şəkildə inkişaf edərsə, Rusiya qoşunları yalnız qışın sonuna qədər Slavyansk və Kramatorska yaxınlaşa bilər.

Eyni zamanda, mənbələr qeyd edirlər ki, Kreml Rusiya ordusunun bu ilin sonuna qədər Donetsk vilayətinin inzibati sərhədlərinə çatmasını planlaşdırsa da, bu, real deyil. Mütəxəssislər Rusiya qoşunlarının nəinki bu ilin, hətta gələn ilin sonuna kimi bu məqsədə çata biləcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, müstəqil mənbələrə görə, Konstantinovka uğrunda döyüşlər tədricən son mərhələyə qədəm qoyur və burada ayrı-ayrı rayonları saxlamaq və ya sabit nəzarət yaratmaq artıq praktik olaraq mümkün deyil. Eyni zamanda, CNN xəbər verir ki, Rusiya Konstantinovkanı ələ keçirməyə bir ildən çox vaxt sərf etsə də, Kremlin iddia etməsinə baxmayaraq, hələ də şəhərə tam nəzarəti ələ keçirə bilməyib.

“AzPolitika.info”