Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı - "Algoritma" MMC-yə icrası məcburi göstəriş verib.
"AzPolitika" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Algoritma"ya icrası məcburi olan göstəriş verilib.

Şərhlər