Menu

Problemli kreditlər niyə artıb? – Kəskin sıçrayışın iki əsas səbəbi var

05.08.2026, 16:35
Problemli kreditlər niyə artıb? – Kəskin sıçrayışın iki əsas səbəbi var

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı son bank statistikası ölkənin kredit bazarında vaxtı keçmiş borcların həcmində nəzərəçarpan artım olduğunu ortaya qoyub. Məlumatlara görə, ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisi 2,1%-ə yüksəlib. Dəqiq rəqəmlərlə ifadə edildikdə isə vaxtı keçmiş borcların məbləğində illik müqayisədə 36%-lik kəskin artım qeydə alınıb.

Kredit portfelinin struktur analizi göstərir ki, problemli borcların artmasında əsas pay qısamüddətli kreditlərin üzərinə düşür. Bu kateqoriya üzrə vaxtı keçmiş borclarda 1,5 dəfə (50%) artım müşahid olunub.

Mütəxəssislərin fikrincə, qısamüddətli borclardakı bu kəskin sıçrayış əsasən iki mənbədən formalaşır:

Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) daha rahat şərtlərlə və yüksək faizlə verdiyi mikro və istehlak kreditləri;

Qısamüddətli istehlak borclanmasının artması və ödəniş qabiliyyətinin dərhal bərpa oluna bilməməsi.

Rəqəmlərdəki 36%-lik artım dinamik baxımdan diqqət tələb etsə də, ümumi makroiqtisadi və maliyyə sabitliyi baxımından vəziyyət hələ ki kritik həddə çatmayıb. 

Xatırladaq ki, vaxtı ilə Azərbaycan bank sektorunda vaxtilə 6-7%-lik problemli kredit payı normativ göstərici hesab olunurdu. Ölkə tarixinin rəsmi rekordu isə 15,5% səviyyəsində qeydə alınıb.

Mövcud 2,1%-lik göstərici beynəlxalq bank standartları çərçivəsində idarəolunan risk dərəcəsi hesab edilsə də, qısamüddətli istehlak borclarındakı 1,5 dəfəlik artım Mərkəzi Bankın monetar və requlyativ nəzarəti gücləndirməsini zəruri edir.

E.Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol