Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev Ermənistan rəhbərliyini sərt tənqid edib.
"AzPolitika" xəbər verir ki, Fadeyev Yerevanın bəyanatlarının müəyyən fərziyyələrlə müşayiət olunduğunu və bu addımların məqsədinin aydın olmasına diqqət
"Əsas məqsəd məsuliyyəti başqalarının üzərinə atmaqdır. Onlar bunu belə əsaslandırmağa çalışırlar ki, guya Avropa İqtisadi Birliyi və Rusiya ilə münasibətlərdə yaranan problemlər Ermənistanın sadəcə həm siyasi, həm də iqtisadi baxımdan alternativ yollar axtarmasından qaynaqlanır."
Fadeyev vurğulayıb ki, istənilən ölkənin siyasi rəhbərliyi üçün çoxvektorlu inkişaf strategiyasının qurulması təbii bir vəzifə və prioritetdir. Lakin anlayışları bir-birinə qarışdırmaq olmaz:
"Əgər kimsə bəlağətli 'diversifikasiya' sözünün arxasında gizlənərək AİB-dən və ənənəvi müttəfiqindən üz döndərirsə, üstəlik Rusiyaya açıq şəkildə düşmən mövqe tutan və onunla birbaşa qarşıdurma ehtimalını ciddi şəkildə nəzərdən keçirən Avropa İttifaqına tərəf yönəlirsə, nəticə göz qabağındadır.
Bu, təkcə Avrasiya inteqrasiyası üzrə tərəfdaşları deyil, həm də Ermənistanın öz əhalisini açıq-aşkar aldatmaqdır. Müvafiq olaraq, Avropaya bu cür 'sıçrayışın' gətirəcəyi sosial-iqtisadi fəsadların Ermənistan vətəndaşlarından gizlədilməsi və mövcud ixrac çətinliklərinin Moskvanın tətbiq etdiyi məhdudiyyətlər kimi qələmə verilməsi təəccüb doğurmur.
Lakin anlamaq lazımdır ki, bunlar bizim tətbiq etdiyimiz məhdudiyyətlər deyil; ənənəvi əlaqələr qopduqca respublikanı gözləyən acı reallıqdır. Biz dəfələrlə Ermənistan rəhbərliyini Aİ-yə inteqrasiya xəttinin bütün müsbət və mənfi tərəfləri barədə öz cəmiyyəti ilə açıq danışmağa çağırmışıq".
E. Səlimov
AzPolitika.info

Şərhlər