Azərbaycanda əhalinin internetdən istifadə səviyyəsi 90,8 faizə çatıb. Son rəsmi məlumatlara əsasən, ölkə üzrə hər 100 nəfərdən təxminən 91-i internetdən istifadə edir. 

İnternetdən istifadə səviyyəsinə görə ərazi vahidləri arasında ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda hər 100 nəfərə 94,4 internet istifadəçisi düşür.

İkinci yerdə 93,8 faiz göstərici ilə Sumqayıt, üçüncü yerdə isə 92,9 faizlə Gəncə qərarlaşıb. Abşeron rayonunda internet istifadəçilərinin əhalidə payı 92,6 faiz, Mingəçevirdə isə 92 faiz təşkil edib.

Ən aşağı göstərici təqdim olunan ərazilər arasında isə Füzuli (87 faiz), Lerik (87,1 faiz), Ağdam (87,3 faiz), Tərtər, Xızı və Daşkəsən (87,4 faiz) rayonlarıdır.

Digər bölgələrdə internet istifadəçilərinin faiz nisbəti isə belədir:

Əraziİnternet istifadəçiləri
1Bakı şəhəri94,4%
2Sumqayıt şəhəri93,8%
3Gəncə şəhəri92,9%
4Abşeron rayonu92,6%
5Mingəçevir şəhəri92%
6Lənkəran rayonu91,8%
7Şirvan şəhəri90,5%
8Qazax rayonu90,1%
9Şəmkir rayonu90%
10Tovuz rayonu89,9%
11Şəki rayonu89,8%
12Yevlax rayonu89,6%
13Salyan rayonu89,6%
14Balakən rayonu89,5%
15Qəbələ rayonu89,5%
16Xaçmaz rayonu89,5%
17Ağdaş rayonu89,4%
18Masallı rayonu89,4%
19Sabirabad rayonu89,4%
20Bərdə rayonu89,3%
21Quba rayonu89,3%
22Beyləqan rayonu89,2%
23Ağcabədi rayonu89,2%
24Göyçay rayonu89,1%
25Ağstafa rayonu89,1%
26Göygöl rayonu89,1%
27Saatlı rayonu89,1%
28Cəlilabad rayonu89,1%
29Hacıqabul rayonu89,1%
30Şamaxı rayonu88,9%
31İsmayıllı rayonu88,8%
32Kürdəmir rayonu88,7%
33Siyəzən rayonu88,7%
34Naftalan şəhəri88,7%
35Neftçala rayonu88,6%
36Ağsu rayonu88,6%
37Qusar rayonu88,6%
38İmişli rayonu88,6%
39Oğuz rayonu88,4%
40Zərdab rayonu88,4%
41Naxçıvan Muxtar Respublikası88,4%
42Yardımlı rayonu88,4%
43Şabran rayonu88,4%
44Samux rayonu88,3%
45Gədəbəy rayonu88,2%
46Qax rayonu88,2%
47Biləsuvar rayonu88,2%
48Zaqatala rayonu88,1%
49Ucar rayonu88,1%
50Goranboy rayonu87,8%
51Qobustan rayonu87,6%
52Astara rayonu87,5%
53Tərtər rayonu87,4%
54Xızı rayonu87,4%
55Daşkəsən rayonu87,4%
56Ağdam rayonu87,3%
57Lerik rayonu87,1%
58Füzuli rayonu87%

"AzPolitika.info"