Rusiyalıların tam yarısı Ukraynaya qarşı müharibənin uğurla davam etdiyinə inanır.

“AzPolitika” xəbər verir ki, Kremlə yaxın hesab edilən “Levada” mərkəzinin iyul ayında keçirdiyi sorğunun nəticəsi bunu göstərir.

Rusiyalıların yalnız 8 faizi isə Ukraynaya qarşı müharibənin “çox uğurla” getdiyini hesab edir. Qeyd olunur ki, bu nəticələr 2022-ci ilin fevralından -müharibənin başlanğıcından bu yana ən aşağı göstəricidir.

Təkcə ötən illə müqaqyisədə müharibənin uğurla keçdiyinə inanan respondentlərin sayı 19 faiz azalıb. Üstəlik, rəyi soruşulanların 28 faizi əməliyyatların tam uğursuz olduğu qənaətindədir.

Sorğuya verilən şərhdə deyilir ki, ruiyalıların pessimist əhval-ruhiyyəsinə Rusiyanın dərinliyinə endirilən zərbələr, yanacaq qıtlığı, Krımın düşdüyü vəziyyət və infrastruktura endirilən zərbələrin davam etməsi təsir göstərib.

“AzPolitika.info”