Rusiya Prezidenti Vladimir Putin yaxın bir neçə il ərzində NATO-nun hansısa müttəfiq ölkəsinə məhdud miqyaslı zərbə endirməklə alyansın qətiyyətini və cavab reaksiyasını sınamağa cəhd edə bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Təhlillərdə kiberhücumlardan tutmuş kiçikmiqyaslı quru müdaxiləsinə qədər müxtəlif ehtimal olunan ssenarilər nəzərdən keçirilir.

ABŞ rəsmilərinin qiymətləndirmələrinə əsasən, bu xəbərdarlıqlar ABŞ ordusunun Rusiya və ya Çinlə ehtimal edilən toqquşmalarda ehtiyac duyacağı bəzi kritik sursat ehtiyatlarının çatışmadığı bir vaxta təsadüf edir.

Ukraynaya edilən hərbi yardımlar və ABŞ-İran münaqişəsi səbəbindən Birləşmiş Ştatların silah ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Digər rəsmi şəxslər isə uzaqmənzilli dəqiq idarəolunan raketlərin, taktiki raket sistemlərinin və "Stinger" qısamənzilli zenit-raket komplekslərinin ehtiyatlarının kritik həddə olduğunu bildirirlər.

Elvin

AzPolitika.info