Azərbaycan Meliorasiya və Su Təsərrüfatı SC-nin sədri Əhməd Əhmədzadə “Şöhrət” ordeni ilə təltif edilib. Ə.Əhmədzadə meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə bu ordenlə təltif edilib.
Qeyd edək ki, Ə. Əhmədzadə 1945-ci il, yanvarın 7-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur. 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Xatırladaq ki, "Azadlıq" qəzeti Əhməd Əhmədzadənin “Şöhrət” ordeni ilə təltif ediləcəyini əvvəlcədən yazmışdı. Çünki rəsmi səbəb kimi şəxsin xidmətləri göstərilsə də, bir qayda olaraq məmurlar yubileylərində bu ordenlə təltif edilir. Şühbəsiz ki, Ə.Əhmədzadəyə də “Şöhrət” ordeni 70 illiyi münasibətilə verilib.


Şərhlər