Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət Komitəsi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan və hüquqi bazanı formalaşdıracaq 12 maddəlik qanun layihəsini təsdiqləyib.

"AzPolitika" xəbər verir ki, bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Feti Yıldız bildirib.

“Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” Qanun layihəsi Ədalət Komitəsində qəbul edilib”, - MHP rəsmisi deyib.

Komitədə müzakirələr təxminən 18 saat davam edib. Layihənin bazar ertəsi TBMM-in Baş Assambleyasında müzakirəyə çıxarılması gözlənilir.

Layihə PKK terror təşkilatının tərksilah edilməsini və fəaliyyətinə xitam verilməsini, silahları Türkiyənin təhlükəsizlik qurumlarına təhvil verməsini və proseslə əlaqədar digər məsələləri əhatə edir.