İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranla müharibədə "məğlub olduğunu" bəyan edib və xarici medianın Vaşinqtonun uğursuzluğunu etiraf etdiyini vurğulayıb.
"AzPolitika" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilir.
SEPAH-ın məlumatına görə, ABŞ və İsrail İrana qarşı apardıqları ikinci və üçüncü müharibələr zamanı genişmiqyaslı hərbi və informasiya hücumlarına baxmayaraq, istədikləri məqsədlərə çata bilməyiblər. Bəyanatda qeyd olunur ki, beynəlxalq media artıq Trampın "məğlubiyyətini" və Amerika liderinin bu münaqişədə "öz qurduğu tələyə düşdüyünü" açıq şəkildə etiraf edir.
İran tərəfi hesab edir ki, bu müharibə ABŞ-nin "strateji böhranını", Qərb müttəfiqləri arasında dərinləşən fikir ayrılıqlarını və Amerika hegemonluğunun zəiflədiyini nümayiş etdirib. SEPAH əldə olunmuş atəşkəsi "ABŞ-nin mövcud reallıqlar və İranın danışıqlar gücü qarşısında təslim olmasının sübutu" kimi qiymətləndirib.
Elvin
AzPolitika.info

Şərhlər