Menu

Qərb Ermənistana arxa çevirəcək - Medvedev İrəvana xəbərdarlıq etdi

08.08.2026, 16:09
Qərb Ermənistana arxa çevirəcək - Medvedev İrəvana xəbərdarlıq etdi

Ermənistan "Rusiyaya qarşı vasitə" olmaq önəmini itirən kimi Qərb ona arxa çevirəcək.

"AzPolitika" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mediasına açıqlamasında bildirib.

O vurğulayıb ki, nə Avropa İttifaqı, nə də ABŞ Ermənistanın və onun vətəndaşlarının rifahında maraqlıdır. Medvedevin fikrincə, İrəvanın Qərbə inteqrasiya kursunu davam etdirməsi Rusiya ilə iqtisadi münasibətlərin pozulmasına və ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər:

"Avropa İttifaqı və ABŞ bu ölkənin vətəndaşlarının rifahını düşünmür. Ermənistan Rusiyaya qarşı bir vasitə kimi artıq maraq kəsb etmədiyi an, Qərbin bütün "vədləri" sanki heç vaxt olmayıbmış kimi dərhal unudulacaq."

Medvedev əlavə edib ki, Rusiya ilə ənənəvi iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana, "hətta bəlkə də daha acınacaqlı vəziyyətə" səbəb ola bilər.

E. Səlimov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol