Ukrayna Rusiya ilə əlaqəsi olmayan bəzi neft tankerlərinə, eləcə də Qazaxıstan neftinin ixracı üçün istifadə edilən Qara dənizdəki vacib infrastruktur obyektlərinə zərbə endirməməyə razılıq verib.
"AzPolitika" xəbər verir ki, bu barədə Bloomberg agentliyinin ABŞ rəsmisinə istinadən məlumat yayıb.
O, razılaşmanın ötən ay gəmilərə edilən hücumların neft yükləməsinin dayandırılmasına səbəb olmasından sonra əldə edildiyini bildirib.
Rəsmi şəxs bildirib ki, Ukrayna kommersiya gəmiçilik şirkətlərinin zəruri məlumatları ötürməsi və gəmilərin təhlükəsiz keçidini təmin edə bilməsi üçün xüsusi rabitə kanalları yaradıb. Müqavilənin məxfi olduğu qeyd edilib
Söhbət Qazaxıstan neftinin Qara dəniz vasitəsilə ixracı üçün vacib olan infrastruktur və gəmilərdən gedir.
E. Səlimov
AzPolitika.info

Şərhlər