Əmircan Şəhidlər xiyabanında şəhid məzarlarının ətrafının dağıdıldığı, əkilmiş dekorativ ağacların oğurlandığı bildirilir.

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Şəhidin məzarı ətrafında əkilmiş dekorativ ağacların oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır. Əməli törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər görülür”.