ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturu obyektlərinə, eləcə də Ukrayna ərazisindəki Rusiya hərbi mövqelərinə zərbələrin endirilməsi üçün kəşfiyyat məlumatları təqdim edir.

"AzPolitika" xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı məlumat yayıb.

Nəşrin ABŞ və Ukrayna rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarını, o cümlədən zərbələrin hədəfə yönəldilməsi üçün lazım olan məlumat paketlərini pulsuz təqdim edir.

Məlumata görə, ABŞ administrasiyasında bu yanaşmanı dəstəkləyən şəxslər arasında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff də var.(APA)